Bu gün:

Transferdə Mert Hakan Yandaş sürprizi


"Fənərbaxça"da heyətdə yer açmaq məqsədilə transfer danışıqları sürətlənib. Klubun aparıcı oyunçularından Mert Hakan Yandaş da daxil olmaqla, tam 12 futbolçusuna Anadolu klublarının maraq göstərdiyi bildirilir.

"Türkiye" qəzetinin yaydığı məlumata əsasən, müqaviləsinin son ilinə daxil olan Mert Hakan Yandaşa Super Liqadan təklif gəlib. Onunla yanaşı, "Fənərbaxça"nın daha 11 futbolçusunun da transfer gündəmində olduğu qeyd olunur.

Adları hallanan futbolçular bunlardır:

Mert Hakan Yandaş, Levent Mercan, Omar Fayed, Emir Ortakaya, Burak Kapacak, Bartuğ Elmaz, Emre Demir, Lincoln Henrique, Miha Zajc, Emre Mor, Cenk Tosun və Cengiz Ünder.

"Fənərbaxça" rəhbərliyinin heyətdə yer boşaltmaq üçün gələn bütün təklifləri dəyərləndirmək qərarı verdiyi bildirilir. Klub transfer siyasətində həm maddi gəlir, həm də heyətin balanslaşdırılması amilini nəzərə almağı planlaşdırır.

Xatırladaq ki, adıçəkilən oyunçuların bir qismi ötən mövsüm az oyun şansı qazansa da, bir neçə Anadolu klubu onların potensialına maraq göstərməyə davam edir.

Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et