Bu gün:

“Qalatasaray” İngiltərə millisinin qapıçısı ilə maraqlanır


Dünyanın nüfuzlu nəşrlərindən biri olan “The Times” qəzetinin yaydığı məlumata görə, “Qalatasaray” İngiltərə millisinin qapıçısı Aaron Ramsdeylə maraqlanır.

Çempionlar Liqasında iddialı heyət qurmaq istəyən “Qalatasaray”ın Premyer Liqa təmsilçisi “Sauthempton”un kapitanını transfer hədəfinə daxil etdiyi bildirilir.

Xəbərdə qeyd olunur ki, Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşan İstanbul klubu Premyer Liqanı tərk edən “Sauthempton”un qapıçısı Aaron Ramsdeyli heyətinə qatmaq üçün hərəkətə keçib.

27 yaşlı britaniyalı qapıçının müqaviləsində 20 milyon funt sterlinq dəyərində sərbəst qalma maddəsi mövcuddur.

Qeyd edək ki, Ramsdeyl yalnız “Qalatasaray”ın deyil, həm də Premyer Liqa klublarından “Nottingem Forest”, “Nyukasl Yunayted” və “Lids Yunayted”in maraq dairəsindədir.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et