Bu gün:

Əriyin faydaları


Ərik saxaroza, qlükoza, fruktoza və maltoza kimi təbii şəkər mənbəyidir. Tərkibində C, E, B6 və A vitaminləri və kalium, fosfor, kalsium, maqnezium, dəmir, natrium və sink kimi minerallar var.

Ərikdə olan probiotik bakteriyalar qida ilə birlikdə bədənə daxil olan və müəyyən miqdarda qəbul edildikdə bağırsaq florasına təsir edib sağlamlığa müsbət effekti olan canlı mikroorqanizmlərdir. 

Ürək-damar xəstəlikləri dünyada ən çox görülən ölüm səbəblərindən biridir. Əriyin tərkibindəki antioksidant birləşmələr ürək-damar xəstəlikləri ilə mübarizədə təsirlidir. Tərkibindəki vitaminlər antioksidan maddələr mübadiləsini dəstəkləyir və bədəndəki zərərli sərbəst radikalları təmizləyir.

Ərik qəbizliyin qarşısını alan və mədənin normal fəaliyyətini stimullaşdıran zəngin lif mənbəyidir. Bu xüsusiyyəti ilə ərik qandakı zərərli yağların sayını azaldır, qanda qlükoza səviyyəsini tənzimləyir və arıqlama prosesini tezləşdirir.

Mənbə: Sabah

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et