Təxminən iki il əvvəl ABŞ-yə yollanan Lionel Messi yeni və diqqətçəkici bir transferin astanasındadır. Argentina millisinin ulduzu ilə bağlı meneceri vasitəsilə aparılan danışıqlarda razılıq əldə edildiyi bildirilir.

Səudiyyə Ərəbistan mediasında yayılan məlumatlara görə, Lionel Messinin transferi getdikcə daha ciddi xarakter alır. Bir çox futbol mütəxəssislərinə görə, futbol tarixinin ən yaxşı oyunçusu hesab edilən 37 yaşlı Lionel Messi ABŞ-yə vida etməyə hazırlaşır.
Təxminən iki il əvvəl MLS təmsilçilərindən olan "İnter Mayami" ilə müqavilə imzalayan Messinin klubla olan razılaşması 31 dekabr 2025-ci ildə başa çatır.
Futbol azarkeşləri Lionel Messi ilə Kriştiano Ronaldonun rəqabətinin bu dəfə Səudiyyə Ərəbistana daşınıb-daşınmayacağını böyük maraqla izləyir. Məsələ ilə bağlı qarşıdakı günlərdə yeni inkişafların yaşanacağı gözlənilir.
Məlumata görə, Messinin Səudiyyə Ərəbistana keçidi ilə bağlı onun meneceri ilə aparılan danışıqlarda ortaq razılıq əldə olunub.
Baş verən son hadisələrdən sonra Lionel Messinin Səudiyyə Ərəbistanına transferinin artıq ciddi bir mərhələyə çatdığı vurğulanır.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
