"Mançester Siti"nin ulduz futbolçusu Bernardo Silvanın adı son vaxtlar "Qalatasaray"la tez-tez hallanıb. Portuqaliyalı oyunçu gələcəyi ilə bağlı qərarını rəsmi olaraq açıqlayıb.

FİFA Klublararası Dünya Çempionatında "Vidad" klubu ilə qarşılaşma öncəsində Bernardo Silva jurnalistlərə açıqlamalar verib. Son günlər "Qalatasaray"la mümkün transferi gündəmdə olan futbolçu, "Mançester Siti" ilə olan planlarını dəqiqləşdirib.
Hazırda İngiltərə təmsilçisi ilə 1 illik müqaviləsi qalan Bernardo Silva bildirib ki, bu müqaviləni başa vurmaq niyyətindədir. 30 yaşlı futbolçu açıqlamasında deyib:
“1 il daha müqaviləm var, bu səbəbdən önümüzdəki mövsüm ayrılma ehtimalım var. Amma bu mövsüm 100 faiz ‘Mançester Siti’də qalacağam".
Bununla yanaşı, Portuqaliyalı yarımmüdafiəçinin FİFA Klublararası Dünya Çempionatında "Mançester Siti"nin kapitanı kimi çıxış edəcəyi də bildirilib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
