Bu gün:

“Bu sənətsiz yaşaya biləcək insan bu sənətə gəlməsin”


24media.az-ın "1 sual, 1cavab" rubrikasının növbəti qonağı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyevdir.

Gənc rejissorlara məsləhətləriniz nələrdir?

İlk olaraq onu deyərdim ki, bu sənətsiz yaşaya biləcək insan bu sənətə gəlməsin, çünki rejissorluq çox ağır və faydalı sənətdir. İnsan düşünürsə ki, "bu mənim sənətimdir və bu sənətlə məşğul olmasam, mən öləcəyəm” o zaman öz ürəyinin səsini dinləsin, ona nə maraqlıdırsa, nə haqqında danışmaq istəyirsə, onu etsin. Bədii və ayrı ədəbiyyatları  çox oxumaq, qorxmamaq və praktikada nəsə yaratmaq lazımdır.

24media.az xatırladır ki, rejissor - tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı, aktyorların seçilməsi, texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması, səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı, səhnələr üçün yerlərin seçilməsi, kütləvi səhnələrin və xüsusi effektlərin təyini, əsas aktyorlarla danışıqların aparılması, əsər üçün musiqi konseptinin işlənməsi, çəkilişin aparılması (işin həcminin təyini), arxiv materiallarının seçilməsi, çəkilmiş filmin incə emalı, son variantın hazırlanması və filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək rejissorun əsas vəzifələridir. Azərbaycanda rejissorluq ixtisası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Bu ixtisasa qəbul olunmaq üçün nəticəsi balla qiymətləndirilən xüsusi qabiliyyət imtahanı vermək tələb olunur.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et