Ketamin tez-tez eşitdiyimiz və tibb sahəsində çox vacib olan kimyəvi bir maddədir. Ketamin ilk dəfə 1962-ci ildə laboratoriyada sintez edilərkən aşkar edilmişdir.
Heyvanlar üzərində uğurlu təcrübələrdən sonra alimlər 1964-cü ildə dərmanı insanlar üzərində sınaqdan keçirməyə başladılar. FDA ilk dəfə 1970-ci ildə anestezik kimi istifadə üçün ketamini təsdiqlədi və həkimlər onu Vyetnam müharibəsi zamanı yaralanan əsgərlər üçün istifadə etməyə başladılar.
Ketamin nədir, nə edir?

Ketamin kimyəvi cəhətdən arilsikloheksilamin törəməsi və şiral birləşmədir. Ketamin həm də anesteziya prosesini başlatmaq və saxlamaq üçün istifadə edilən bir dərmandır. Alınan kimi ağrı kəsici, sakitləşdirici və yaddaş itkisini təmin edir. Həm də xroniki ağrı, reanimasiyada sedasyon və depressiya üçün istifadə olunur. Ketaminin təsiri altında ürək, tənəffüs refleksləri və tənəffüsün davamı funksiyaları dayanmır. Onun təsiri enjeksiyon anından beş-on dəqiqə ərzində başlayır və iyirmi beş dəqiqə davam edir.
Ketamin nə üçün istifadə olunur?
Tibbi istifadə
Anesteziya: İstifadə olunan digər anesteziklərə nisbətən tənəffüs üçün daha az maneə törətdiyi üçün tibbdə anestezik olaraq üstünlük verilir. Yan təsir olaraq hallüsinasiyalara səbəb olduğu üçün ilk anestezik olaraq üstünlük verilmir. Etibarlı ventilyasiya avadanlığının olmadığı hallarda seçilən ilk anestezikdir. O, həmçinin təkbaşına və ya uşaqlarda xırda əməliyyatlar zamanı əzələ yumşaldıcı kimi, astmalı insanlarda sakitləşdirici vasitə kimi müharibə zamanı təcili cərrahi müdaxilə tələb olunan hallarda və təcili yardım otaqlarında istifadə olunur.
Ağrı kəsici: Əməliyyatdan sonra ağrı kəsici olaraq üstünlük verilir. Kiçik bir dozada ketaminin qəbulu əməliyyatdan sonrakı qusma və ürəkbulanmanı azaldır, həmçinin morfin istifadəsini azaldır.
Depressiya: Depressiya üçün sürətli bir antidepresandır. Bundan əlavə, intihar düşüncələrini azaltmaqda təsirli ola biləcəyi göstərilmişdir. 2000 və 2006-cı illərdə aparılan araşdırmalarda ketaminin antidepresan ola biləcəyi göstərilmişdir. İntravenöz infuziya ilə verilən kiçik dozalarda ketaminin depressiyaya uğramış şəxslərdə dörd saat ərzində sakitləşdirici təsir göstərdiyi aşkar edilmişdir. Bu təsirlər bir dozadan sonra bir neçə həftə davam edir. Seçici serotonin geri alım inhibitorları (SSRI) və trisiklik antidepresanlar (TCA) kimi ənənəvi antidepresanlar, bu faydaların baş verməsi üçün adətən, ən azı bir neçə həftə istifadə tələb edir. Ketamin antidepresanları adi antidepresanlardan daha güclüdür.
Baytarlıqda istifadəsi

Baytarlar tez-tez ketamini pişiklərdə, itlərdə, siçanlarda, dovşanlarda anestezik və ağrı kəsici kimi istifadə edirlər. Bir sözlə, kiçik heyvanlarda istifadə edirlər. Atlarda induksiya və anestezik qulluqda istifadə olunur. O, həmçinin gəmiricilərdə istifadə edilən anesteziyanın bir hissəsi hesab olunur. Baytarlar tez-tez balanslaşdırılmış anesteziya və analjeziya təmin etmək üçün sedativlərə əlavə olaraq ketamin istifadə edirlər. İri heyvanlarda ağrıkəsici kimi istifadə edilən ketaminin mal-qarada daha az təsir etdiyi düşünülür. At cərrahiyyəsində ketamin ilkin venadaxili anestezik agentdir, adətən detomidin və tiopental və bəzən guaifenesin ilə birlikdə istifadə olunur.
Dərman kimi istifadə edin
Əyləncə üçün istifadə edilən ketamin 2005-2013-cü illər arasında İngiltərə və Uelsdə 90 nəfərin ölümünə, eləcə də, dünya üzrə çoxlu sayda insanın ölümünə səbəb olub. İntihar, zəhərlənmə, yol qəzaları, suda boğulma kimi bir çox qəzalara səbəb olub. Bu ölümlərin daha çox gənclər arasında olduğu halda nəzarət və məhdudiyyətlərin artırılması qaçılmaz olub.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
