
Yaponların nə qədər işgüzar olduqlarını bilirsiniz. Yapon həkim Şigeaki Hinohara da uzunömürlülüyün açarının "iş" olduğunu deyir. Uzun ömür üçün iş əbədi lazımdır. Yaponiyanın aparıcı həkimlərindən biri də buna inanırdı və özü də bunu sübut etdi.
105 yaşlı Dr. Şigeaki Hinohora ümumi praktikant, St. Luka Beynəlxalq Universiteti və Müqəddəs Luka Beynəlxalq Xəstəxanasının fəxri prezidenti idi. Ölümündən bir neçə ay əvvələ qədər Hinohara tibb ictimaiyyətində fəal idi, xəstələri müalicə edir, yeni görüşlər təyin edir və gündə 18 saat işləyirdi. Yapon təbabətinə və Yaponiyanın dünyada gözlənilən ömür uzunluğuna tez-tez töhfə verən Hinoharanın sağlam həyat və uzunömürlülüklə bağlı müəyyən inancları var idi, bunlardan ən əsasını The Japan Times-a verdiyi müsahibədə dedi: " Təqaüdə çıxmayın, əgər çıxmalı olsanız, bu 65 yaşınızdan sonra olsun".
Ola bilsin ki, buna görə Yaponiyada gözlənilən ömür uzunluğu 2015-ci ildə 84 yaşa çatıb, biz Hinoharanın bu müdrik sözlərinə inanmalı və pensiya yaşını irəli çəkməliyik, çünki iş insanların irəliləməyə davam etməsinə kömək edir. Ən azı karyerasının onu yaşatdığını deyə biləcəyimiz Hinohara üçün belə idi. Hinoharanı öz müəllimi kimi görən Janit Kavaquçi: “O, həyatın “töhfə verməkdən” ibarət olduğuna inanırdı. Buna görə də o, insanlara kömək etmək, erkən qalxmaq və digər insanlara yardım üçün inanılmaz gücə sahib idi. Onu davam etdirən, yaşadan da budur”, - dedi.
Mümkün qədər uzun müddət məşq etməklə yanaşı, Hinohara uzun ömür üçün əylənməyi, pilləkənləri qalxmağı və təbii ki, artıq çəkidən çəkinməyi tövsiyə etdi.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
