Sirli hadisələr həmişə insanların diqqətini cəlb edib. Titanik faciəsi də bu mövzulardan olub, illər keçməsinə baxmayaraq, unudulmayıb.

15 aprel 1912-ci ildə Titanik Atlantik okeanının dərinliklərinə batıb, 113 ildən sonra belə insanlar bu faciəni xatırlayıb.
Hadisədən xilas olanlar müsahibələrində gəminin orkestrinin son ana qədər musiqi ifa edib, sərnişinləri sakitləşdirməyə çalışdığını bildiriblər. Bəstəkar Wallace Hartley orkestrə rəhbərlik edib, son nəfəsinə qədər skripka çalmağa davam edib.
Bu musiqiçilər qəhrəmanlıq göstərib, insanların yaddaşında iz buraxıblar. Son ifa edilən musiqi haqqında mübahisələr yaranıb. Bəziləri "Nearer, My God, to Thee" himninin səsləndiyini iddia edib, digərləri isə "Autumn" və ya "Songe d’Automne" adlı mahnının oxunduğunu söyləyib.
2013-cü ildə bir evin çardağında Hartley-nin adının və nişanlısının sözlərinin yazıldığı skripka tapılıb. Araşdırmalar aparılıb, skripka CT skanı olunub və onun Titanikdə çalınan skripka olduğu sübut edilib.
Xilasedici qayıqda olan sərnişin Vera Dick uzaqlaşarkən məhz "Nearer, My God, to Thee" melodiyasını eşitdiyini deyib. Hartley-nin nişanlısı da skripkanın ona qaytarıldığını teleqramla bildirərək bu faktı təsdiq edib. Bütün bunlar skripkanın orijinallığını gücləndirib.
Hadisədən xilas olanlar bildiriblər ki, musiqiçilər müxtəlif janrlarda musiqilər çalıblar – həm rəqs musiqiləri, həm də dini himnlər. Radio operatoru Harold Bride isə sonuncu musiqinin "Songe d’Automne" olduğunu qeyd edib.
Bu hekayə dünya musiqisinə də böyük təsir göstərib. Müxtəlif musiqiçilər bu faciəyə əsərlər həsr edib. Ernest Stoneman, Leadbelly, Vernon Dalhart, Blind Willie Johnson və Richard "Rabbit" Brown kimi sənətçilər Titaniklə bağlı mahnılar bəstələyib, onun xatirəsini yaşadıblar.
Blues musiqiçiləri də bu faciəni unutmayıb, "Titanic Blues" kimi mahnılarla xatırlayıblar. James Cameron-un Titanic filmində Celine Dion-un "My Heart Will Go On" mahnısı bu faciənin simvoluna çevrilib, lakin gəminin son anlarında səslənən gerçək musiqisi sirr olaraq qalmaqda davam edib.
Mənbə: Easterneye
Tərcümə etdi: Arzu Qafarova
