Bu gün:

"Fənərbaxça" ilə yollarını ayıran Edin Dzekonun yeni klubu


"Fənərbaxça" ilə yollarını ayıran Edin Dzekonun yeni klubu artıq bəlli olub. 39 yaşlı təcrübəli hücumçu karyerasını yenidən İtaliya A Seriyasında davam etdirəcək.

"Fənərbaxça"dan ayrıldıqdan sonra bosniya və herseqovinalı ulduzun hansı kluba keçəcəyi futbol ictimaiyyətində maraqla gözlənilib. Məlumata görə, Dzeko "Fiorentina" ilə razılığa gəlib.

Təcrübəli oyunçu daha əvvəl "Roma" və "İnter" klublarının formasını geyinib. Beləliklə, Dzeko İtaliyada üçüncü dəfə fərqli bir klubda çıxış edəcək.

İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin yaydığı xəbərə əsasən, 39 yaşlı futbolçu "Fiorentina" ilə illik 2 milyon avro məvacib qarşılığında 2 illik müqavilə imzalamağa hazırlaşır.

Mənbənin məlumatına görə, Dzekonun transferi uğrunda "Bolonya" da mübarizə aparıb. Lakin "Fiorentina"nın təklifi daha cəlbedici olduğu üçün bu yarışda üstünlük qazanıb. Hücumçunun keçidi ilə bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.

Edin Dzeko "Fənərbaxça" forması ilə ümumilikdə 99 oyuna çıxıb. Təcrübəli futbolçu bu qarşılaşmalarda 46 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et