İtaliya A Seriyasında çıxış edən futbolçuların transfer dəyərləri yenilənib. Hakan Çalhanoğlu, Zeki Çelik və Emirhan İlkhan kimi adların yer aldığı siyahıda Türk futbolu üçün tarixi bir nəticə qeydə alınıb.

Transfermarkt platformasının son yenilənməsinə əsasən, Torino klubunun formasını geyinən 21 yaşlı Emirhan İlkhanın bazar dəyəri 2,5 milyon avrodan 1,7 milyon avroya qədər azalıb.
Adı "Qalatasaray"la hallanan "İnter"in ulduzu Hakan Çalhanoğlunun transfer dəyərində də eniş müşahidə olunub. Yaşının irəliləməsi və bu mövsüm yaşadığı zədələr səbəbilə təcrübəli yarımmüdafiəçinin bazar dəyəri 5 milyon avro itirərək 30 milyon avroya düşüb.
Bu mövsüm "Roma" klubunda sabit çıxışı ilə diqqət çəkən Zeki Çelik isə bazar dəyərini 1 milyon avro artırıb. Milli futbolçunun yeni transfer dəyəri 6 milyon avro olaraq qeyd olunub.
"Qalatasaray"dan icarə əsasında "Fiorentina" klubuna keçən Nicolo Zaniolo ilə "Roma"da çıxış edən Viktor Nelson isə dəyər itirən futbolçular sırasında yer alıblar. Zaniolonun transfer dəyəri 4 milyon avro azalaraq 12 milyon avroya, Nelsonun dəyəri isə eyni miqdarda azalaraq 10 milyon avroya enib.
Digər tərəfdən, "Yuventus" klubunda forma geyinən Kenan Yıldız yeni transfer dəyəri ilə Türk futbol tarixində bir ilkə imza atıb. Gənc futbolçunun dəyəri 5 milyon avro artaraq 50 milyon avroya yüksəlib.
20 yaşlı Kenan Yıldız bu nəticə ilə Türk futbol tarixində indiyə qədər ən yüksək bazar dəyərinə sahib futbolçu olub.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
