Veqanizm təbiət və cəmiyyət haqqında antroposentrik anlayışa tamamilə zidd olan düşüncə tərzidir. Bu düşüncə tərzi həm də praktik olaraq tətbiq oluna bilən həyat tərzidir. Vegan sözü "vegetarian" sözündən yaranmışdır. Bununla belə, iki anlayış arasında əsaslı fərq var.
Vegan heç bir heyvan məhsulu və heyvan əməyi nəticəsində hazırlanmış məhsullardan istifadə etməyən bir insandır. İyirminci əsrin ortalarında rəsmi terminoloji halına gələn söz getdikcə populyarlaşır. Qeyd edək ki, özlüyündə fərqli baxışları olan veqan hərəkatı sadəcə olaraq pəhriz vərdişi deyil. Heyvanlar həssas varlıqlar olduğundan onların kommersiya istifadəsinə qarşıdırlar.
Etik Veganizm və Ekoloji Veganizm arasındakı fərqlər

Vegan həyat tərzi sadəcə bir pəhriz vərdişi deyil. Vegan həyat insanlar üçün heyvanları istismar etməmək üçün alternativ bir yol təklif edir. Vurğulayaq ki, təklif olunan bu yol veqanlar arasında müxtəlif müzakirələrə səbəb olub. Bu mövzuda ən əsas müzakirə etika və ekoloji vegan hərəkatı arasındadır. Etik vegan və ya veganizm heyvanların insanlar kimi həssas varlıqlar olduğuna işarə edir.
Bu səbəbdən heyvan mənşəli hər hansı məhsulun eyni dərəcədə cinayət olduğu vurğulanır. Ekoloji vegan baxışı isə heyvan məhsullarının sənaye məqsədi olduğu üçün təbiətə zərər verdiyini müdafiə edir.
Sağlam bir həyat üçün bitki mənşəli qidalanma

Bu həyat tərzi qaçılmaz olaraq sağlam qidalanma ilə əlaqələndirilir. Vegan fəlsəfəsi bitki əsaslı qidalanmanın insan orqanizmi üçün daha faydalı olduğunu irəli sürsə də, heyvani qidaların qəbulunun çoxlu zərərləri olduğuna diqqət çəkir. Yüksək xolesterol və insanın həzm sisteminin parçalamaqda çətinlik çəkdiyi bir çox ferment heyvan mənşəli məhsullarda olur. Bu səbəbdən sağlam qidalanmaq istəyən bir çox insan müəyyən dövrlərdə bitki yönümlü qidalanmaya üz tutur.
Bu gün müxtəlif ürək xəstəlikləri, şəkərli diabet, xərçəng kimi bir çox xəstəliyin bu yolla qarşısını almaq mümkün olduğu vurğulanır.
Ən çox tanınan vegan qidaları hansılardır?

Tofu, soya südü/qiyməsi, paxlalılar, qoz-fındıq, göbələk, kətan toxumu, meyvələr, qida mayası
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
