2014-cü ildə UNESCO Almaniyada yerləşən Korvey monastırını Dünya İrsi Siyahısına daxil edib. Bu monastırın kitabxanasında Roma tarixçisi Kornelius Taqitusun "Annales" adlı əsərinin ilk beş kitabının yeganə nüsxəsi tapılıb.

Almaniyada Böyük Karlın qurduğu monastırlar Taqitusun əsərlərinin qorunmasında mühüm rol oynayıb.
Harvard Universitetindən Kristofer Krebs adlı alim 2011-ci ildə yazdığı "Ən Təhlükəli Kitab" adlı əsərində Taqitusun "Germania" adlı başqa bir əsərinin tarix boyu necə təhlükəli şəkildə istifadə olunduğunu izah edib. Bu əsərində Taqitus alman tayfalarını əxlaqlı, döyüşkən və saf insanlar kimi təsvir edib. O bu müqayisə ilə Romadakı əxlaqi pozuntuları tənqid etməyə çalışıb.
Lakin sonrakı dövrlərdə, xüsusilə Reformasiya və Nasist Almaniyası dövründə bu əsər alman millətçiləri tərəfindən yanlış şəkildə yozulub və irqçi ideologiyanın əsasına çevrilib. Taqitusun ironiyası və tənqidi yanaşması görməzliyə vurulub. Buna görə də bəzi alimlər "Germania" əsərini "tarixdə yazılmış ən təhlükəli kitablar"dan biri hesab ediblər.
Mənbə: Mecleans.co
Tərcümə etdi: Arzu Qafarova
