Bu gün:

Əkrəm İmamoğlunun “Akın Gürlek işi” iyulun 16-na təxirə salınıb


İşdən çıxarılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun İstanbul Respublika Baş prokuroru Akın Gürlək barəsində söylədiyi sözlərə görə açılan iddianın ikinci iclası Silivridə keçirilib.İmamoğlu Akın Gürlekə qarşı dediyi sözlərə görə "terrorla mübarizədə iştirak edən şəxsləri hədələmək və hədəfə almaq" ittihamı ilə mühakimə olunub. Əkrəm İmamoğlunun 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması, səsvermə və seçilmək hüququndan məhrum edilməsi tələb olunub.

Mərmərə Qapalı Cəza Təcridxanası şəhərciyində keçirilən dinləmədə CHP sədri Özgür Özəl, Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Səlim İmamoğlu, millət vəkilləri, Üsküdar Bələdiyyə Başçısı Sinem Dedetaş və çoxlu sayda tamaşaçı iştirak edib. Məhkəməni izləyən Media və Hüquq Araşdırmaları Dərnəyinin (MLSA) məlumatına görə, mahiyyəti ilə bağlı fikrində heç bir dəyişiklik olmadığını deyən prokuror İmamoğlunun ittiham olunduğu cinayətlərə görə cəzalandırılmasını istəyib. Gürlekin vəkili də prokurorun rəyi əsasında İmamoğlunun cəzalandırılmasını istəyib.

İmamoğlunun vəkilləri prokurorun mahiyyəti üzrə rəyi ilə bağlı müdafiələrini hazırlamaq üçün vaxt verilməsini istəyib. Bundan sonra məhkəmə iclası iyulun 16-sı saat 10:00-a qədər təxirə salıb.

Mənbə: BBC news
Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et