Yeni elmi araşdırmalar göstərib ki, şokoladın tərkibindəki “anandamid” adlı maddə insan beynində xoşbəxtlik hissi yaradan siqnalların yayılmasına səbəb olur. Bu maddə beyindəki endokannabinoid sisteminə təsir edərək eynilə sevinc və rahatlıq hisslərini artırır. Anandamid sanskrit dilində “xoşbəxtlik gətirən” mənasını verir və adını da bu təsirindən alır.
Alimlər qeyd edir ki, şokoladın bu cür təsiri yalnız qısa müddətli olur. Bu maddənin təsiri ilə yanaşı, şokoladda olan şəkər və yağ da beyində “dopamin” ifrazını stimullaşdıraraq zövq hissini artırır. Mütəxəssislər bildirir ki, şokoladın həddindən artıq istifadəsi sağlamlıq üçün zərərli ola bilər, lakin müəyyən miqdarda qəbul edildikdə həm əhvalı yaxşılaşdırır, həm də enerji verir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
