İranın gecə endirdiyi raket zərbələri nəticəsində mərkəzi İsraildə 8 nəfər həyatını itirib. Cümədən bəri həyatını itirənlərin ümumi sayı 24-ə yüksəlib.
İranın Səhiyyə Nazirliyi isə bildirib ki, ən az 224 iranlı İsrailin hücumları nəticəsində həyatını itirib. BBC jurnalistlərinin dövlətin tətbiq etdiyi məhdudiyyətlər səbəbilə İranda bununla bağlı məlumat toplaması mümkün olmayıb.
İsrail cümə günü İranın nüvə obyektlərini, hərbi bazalarını və yaşayış məntəqəsini hədəf alıb. İran bunun qarşılığında dron və ballistik raketlərlə cavab verib.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
