İtaliyanın “Serie A” təmsilçisi “Juventus”da milli futbolçu Kenan Yıldızla bağlı qərar verilib. Məlumata görə, FİFA Klublararası Dünya Çempionatından sonra Yıldızın Turin klubu ilə yeni müqaviləyə imza atması gözlənilir. Yeni müqavilə ilə futbolçunun əməkhaqqısı ikiqat artırılacaq.

İdman direktoru vəzifəsinə Damien Komolli təyin olunan, baş məşqçi İqor Tudorla isə iki illik yeni anlaşma imzalayan “Juventus” daxil transfer işlərinə də start verib. İngiltərə Premyer Liqası klublarının yaxından izlədiyi Kenan Yıldız “Juventus”la olan müqaviləsini uzatmağa hazırlaşır.
İtaliyanın “La Gazzetta dello Sport” nəşrində yayımlanan xəbərə əsasən, “qoca sinyora”nın FIFA Klublararası Dünya Çempionatından sonra türk əsilli futbolçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalayacağı bildirilib. Yeni anlaşmaya əsasən, Kenan Yıldızın illik maaşının 3–4 milyon avro səviyyəsində olacağı və hazırkı qazancının təxminən ikiqatına yüksələcəyi vurğulanıb.
Xatırladaq ki, geridə qalan mövsümdə “Juventus”un heyətində 48 oyunda meydana çıxan Kenan Yıldız, bu qarşılaşmalarda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
