Bu gün:

Sabri Sarıoğlu vəzifəsindən rəsmi olaraq ayrılıb


Sabri Sarıoğlu sosial media hesabında etdiyi paylaşımda, Türkiyə Futbol Federasiyası (TFF) ilə qarşılıqlı razılaşma əsasında U-19 milli komandasının baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.

Mövzu ilə bağlı açıqlama verən Sabri Sarıoğlu bildirib:

"Mart 2023-dən bəri böyük qürur və fədakarlıqla yer aldığım U-19 Milli Komandanın baş məşqçi vəzifəsindən bu gündən etibarən Türkiyə Futbol Federasiyası ilə qarşılıqlı razılaşaraq ayrıldım".

Sarıoğlu sözlərinə belə davam edib:

"150 dəfədən artıq ay-ulduzlu formanı geyinmiş və ardından bu müqəddəs vəzifədə baş məşqçi kimi xidmət etmiş olmağın qürurunu ömrüm boyu daşıyacağam. İki ildən artıq müddətdə birlikdə çalışdığım komanda yoldaşlarıma və milli komanda personalına təşəkkür edirəm. Eyni zamanda, Türk futbolunun gələcəyi olan və bu uzun yolda addımlarının ilk anlarına şahidlik etdiyim, dəstək verdiyim bütün gənc milli futbolçularıma minnətdaram".

Qeyd edək ki, Sabri Sarıoğlu "Trabzonspor U-19" və "Beşiktaş U-19" komandalarının bəzi oyunçularını milli komandaya çağırmaması səbəbilə ciddi tənqidlərə məruz qalıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et