"Qalatasaray" Viktor Osimhenin transferi üçün səylərini davam etdirir. Lakin klubun bu transferdə qarşılaşdığı ən böyük maneə açıqlanıb. Təfərrüatlar xəbərimizdə...

Yeni mövsümdə Viktor Osimhenin hansı klubun formasını geyinəcəyi böyük maraq doğurarkən "Qalatasaray" nigeriyalı hücumçu ilə bağlı təmaslarını davam etdirir.
Osimhenin "Al-Hilal" klubunu rədd etməsinin ardından İngiltərə Premyer Liqası klublarının da transfer yarışına qoşulmasına baxmayaraq, "Qalatasaray" ümidini qoruyur.
Sky Sport-un məlumatına görə, İstanbul təmsilçisi Osimhenə illik təxminən 15-20 milyon avro arasında xalis maaş təklif edib.
Həmin xəbərdə qeyd olunur ki, "Qalatasaray"ın bu transferdə qarşılaşdığı əsas problem oyunçunun çıxış məbləğinin ödəniş planıdır. Məlumata görə, "Napoli" 75 milyon avroluq transfer məbləğinin mümkün qədər az sayda hissəyə bölünərək ödənməsini istəyir.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
