ABŞ dollarının zəifləməsi müxtəlif iqtisadi təsirlər yarada bilər. Tramp isə istehsal sənayesini gücləndirmək və ticarət balansını düzəltmək istədiyini vurğulayıb. Bu baxımdan, zəif dollar onun məqsədlərinə uyğun ola bilər.
Digər tərəfdən, dolların dəyərinin düşməsi ABŞ daxilində idxal olunan məhsulların bahalaşmasına səbəb olur. Bu da əhalinin gündəlik xərclərinə təsir edir və inflyasiya təzyiqlərini artırır. Yəni, zəif dollar Trampın istehsalı canlandırmaq istəyi üçün faydalı ola bilər, lakin eyni zamanda ölkə daxilində qiymətlərin artmasına səbəb olaraq mənfi nəticələr də doğura bilər.
Hazırda ABŞ dolları bir sıra əsas xarici valyutalarla müqayisədə dəyər itirməkdədir. Bu vəziyyət həm ABŞ iqtisadiyyatı, həm də Trampın mümkün gələcək siyasətləri baxımından diqqətlə izlənir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
