Tarixi dəyəri və kral ailəsi ilə əlaqəsi olan nadir çəhrayı almaz bu ay Nyu Yorkda keçiriləcək hərracda milyonlarla dollara satıla bilər.

Fransa kraliçası Marie Antoinette ilə əlaqələndirilən nadir 10.38 karatlıq “Marie-Thérèse Pink” adlı çəhrayı almaz bu ay hərraca çıxarılır. XVIII əsrdə Hindistanın məşhur Golconda mədənindən əldə edildiyi düşünülən bu qiymətli daş məşhur zərgər JAR tərəfindən hazırlanmış xüsusi üzükdə təqdim olunur.
Christie’s hərrac evi tərəfindən 17 iyun tarixində satışa çıxarılacaq almazın ilkin qiyməti 3–5 milyon dollar arası dəyərləndirilir. Almazın tarixi dəyəri, nadir rəngi və krallıq irsi onun maraqla qarşılanmasına səbəb olub.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
