Bu gün:

Süni intellektin müasir təhsildə rolu


Süni intellekt həyatımıza daxil olduqdan bəri hər sahədə və hər yaşda insanlar arasında tez yayıldı. Hətta illərini incəsənətə həsr etmiş insanların da tərzlərini kopyalayıb yeni işlər yaratdı. Maraqlıdır bəs tələbələr üçün süni intellekt vasitələrindən istifadə təhsildə necə rol oynayır və bu müəllimlər tərəfindən necə qarşılanır? 

Bu sualımıza cavab tapmaq üçün tələbələr və müəllimlər arasında sorğu keçirdik.

Formlar yanıt grafiği. Soru başlığı: Əvvəlcə tələbə yoxsa müəllim olduğunuzu qeyd edin.. Yanıt sayısı: 11 yanıt.

Formlar yanıt grafiği. Soru başlığı: ChatGPT və digər süni intellekt əsaslı alətlərdən istifadə edirsinizmi? . Yanıt sayısı: 11 yanıt.

Formlar yanıt grafiği. Soru başlığı: Bu alətlər sizə daha çox hansı sahələrdə kömək edir: . Yanıt sayısı: 11 yanıt.

Sorğu zamanı iştirakçıların fikrini daha yaxşı öyrənmək üçün həm də  açıq suallar ünvanladıq. Sualları və müvafiq cavabları təqdim edirik.

Sizcə, ChatGPT-dən dərs və tapşırıqlarda istifadə etmək akademik baxımdan nə dərəcədə doğrudur?

Aldığımız cavablara əsasən iştirakçılar düşünür ki, süni intellekt vasitələri:

    Vaxt itkisinin qarşısını alır

    Dövrün tələblərinə uyğun olduğu üçün istifadəsində problem yoxdur

    Məlumat toplamaq, fikirlərini redaktə edib inkişaf etdirmək məqsədi ilə istifadəsi faydalıdır

    İstifadəçi bu vasitələrdən asılı hala çevrilib özü etməli olduğu işləri də süni intellekt vasitələrinə həvalə etdikdə akademik baxımdan da geriləmə ilə üzləşə bilər. 

Müəllimlər bu cür texnologiyalara münasibətdə daha çox dəstək verməlidir, yoxsa məhdudiyyət qoymalıdır?

Digər suallarda müxtəlif cavablar olsa da, bu sualı cavablandıranlar düşünür ki, müəllimlər süni intellekt alətlərinin istifadəsini tənzimlənməli, müəyyən məhdudiyyətlər qoymalıdır. Həmçinin universitetlərin də bu alətlərlə bağlı rəsmi məhdudiyyətlər müəyyən etməyini dəstəkləyən iştirakçılar var.

Formlar yanıt grafiği. Soru başlığı: Universitetlər bu alətlərlə bağlı rəsmi qaydalar müəyyən etməlidirmi? . Yanıt sayısı: 11 yanıt.

Bütün bunlara baxmayaraq, həm tələbələr, həm də müəllimlər arasında düşünənlər var ki, süni intellekt həyatımızda daxil olduqdan bəri öz biliklərində və analitik düşüncələrində bir qədər müsbət dəyişiklik hiss edirlər.

Formlar yanıt grafiği. Soru başlığı: ChatGPT-dən istifadə etdikdən sonra öz biliklərinizdə və analitik düşüncənizdə dəyişiklik hiss etmisinizmi?. Yanıt sayısı: 11 yanıt.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et