Şərqi Antarktidada 34 milyon ildir toxunulmamış olduğu düşünülən, çaylar və meşələrlə örtülü qədim yer aşkar edilib. Buz örtüyünün altındakı torpaq Marsın səthindən daha az tanınır.

Şərqi Antarktidada 34 milyon ildən çox müddət ərzində toxunulmamış nəhəng qədim mənzərə aşkar edilib .
Gizli relyef Şərqi Antarktidanın Wilkes Land kimi tanınan ucqar bölgəsində, Belçika sahillərindədir.
Alimlər peyk məlumatlarından və nüfuz edən radarlardan istifadə edərək, indi buzlar altında basdırılmış qədim dünyanın bir vaxtlar çaylar, meşələr və bəlkə də xurma ağaclarına malik olduğunu aşkar ediblər. Palma ağacı tozcuqları əvvəllər yaxınlıqdakı Antarktika sahillərində tapılıb və bu da bir vaxtlar gur yaşıl mühitin sübutudur.
Tədqiqatçılar basdırılmış mənzərənin Merilend ştatının ekvivalentinə bərabər olan 12.000 kvadrat mildən çox ərazini əhatə etdiyini təxmin edirlər.
Durham Universitetindən tədqiqatın aparıcı müəllifi, professor Stüart Ceymison “Bu, zaman kapsulunun qapağını açmaq kimidir” deyib.
MARSDAN DAHA AZ BİLİNİR
Tədqiqatçıların fikrincə, Şərqi Antarktida buz örtüyünün altındakı torpaq Marsın səthindən daha az məlumdur.
Tədqiqat zamanı hər biri 120-160 kilometr uzunluğunda və 85 kilometr enində, təxminən 1130 metr dərinliyə qədər uzanan vadilərlə ayrılan üç böyük ucaldılmış torpaq bloku müəyyən edilib.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
