Bu gün:

Joze Mourinyonun İsmayıl Yüksək haqda qərarı


Fənərbaxçada ötən mövsüm kifayət qədər forma şansı qazanmayan İsmayıl Yüksəyə “Şaxtyor Donetsk” klubu maraq göstərib. Arda Turanın baş məşqçi olduğu Ukrayna təmsilçisinin bu futbolçuya marağından sonra Joze Mourinyonun İsmayıl Yüksək haqda qərarı bəlli olub.

“Şaxtyor Donetsk”in baş məşqçisi təyin edilən Arda Turan, ilk transferini Fənərbaxçadan etmək üçün hərəkətə keçib. Komandasına İsmayıl Yüksəyi cəlb etmək istəyən ukraynalılara Joze Mourinyodan icazə verilməyib.

“Türkiye” qəzetində yer alan məlumata görə, Joze Mourinyo Fənərbaxça rəhbərliyinə təqdim etdiyi hesabatda İsmayıl Yüksəyin komandada qalmasının vacibliyini bildirib. Fənərbaxça rəhbərliyi də Mourinyonun fikirlərinə əsaslanaraq bu futbolçuya gələn təklifləri rədd edib.

Ötən mövsüm 30 oyunda 1.706 dəqiqə meydanda olan İsmayıl Yüksək, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et