"İncəsənətin inciləri" rubrikası "The Hireling Shepherd" əsərini təqdim edir.

William Holmanın “The Hireling Shepherd” (Tərcümədə: “Muzdlu çoban”) əsəri yalnız pastoral bir mənzərə təqdim etmir, həm də sosial və mənəvi bir tənqidi özündə ehtiva edir. Əsərdə diqqəti dərhal cəlb edən gənc bir çoban və kəndli bir qızdır, onlar otlağın kənarında oturub, bir-birlərinə çox yaxın durublar. Qızın üzündə bir qədər tərəddüd və düşüncəlilik, çobanın baxışlarında isə ehtiras və laqeydlik var. Onların ətrafında qoyunlar səpələnmiş halda gəzir və görünür ki, çoban öz əsas vəzifəsini, yəni heyvanlara nəzarət etməyi unudub. Əsərin adı da bu laqeydliyi vurğulayır: o sadəcə maaş üçün oradadır, amma məsuliyyəti hiss etmir.
Hunt bu rəsmində Viktoriya dövrünün mənəvi boşluqlarını ifşa etməyə çalışır. Qoyunlar simvolik olaraq cəmiyyəti, çoban isə rəhbərliyi və ya dini rəhbərləri təmsil edir, məsuliyyətsiz rəhbərlik və əxlaqi yönsüzlük insanları yoldan çıxarır. Bu mənzərənin dərinində narahatlıq və xəbərdarlıq yatır. Təbii mühit, güllər, səmimi rənglər və işıqla zəngin atmosfer içində bu incə sosial tənqid ustalıqla gizlədilib. Hunt gözəlliyin içində pozulmuşluğun necə görünə biləcəyini göstərərək rəsm vasitəsilə bir mesaj verir: diqqətsizlik və həvəsin hökm sürdüyü yerdə saf olan itə bilər.
Hazırladı: Talehə Hüseynzadə
