Mingəçevir Dövlət Universiteti (MDU) müxtəlif ixtisaslar üzrə 63 vakant yer üçün müəllimlərin işə qəbulunu elan edib. Bu barədə universitetin rəsmi saytında yazılıb. Belə ki, qəbul 165 fənni əhatə edir və müraciətlər iyulun 12-dək davam edəcək.

Vakansiyalar həm universitetin magistratura pilləsini bitirmiş məzunları, həm də sənaye nümayəndələri üçün nəzərdə tutulub. Universitet tədris prosesində praktiki biliklərin tətbiqinə önəm verir və bu səbəbdən də bu sahə üzrə təcrübəsi olan mütəxəssislərlə əməkdaşlıq etmək istəyir.
Namizədlərdən ixtisas profilinə uyğun sahədə təcrübə, ən azı magistr dərəcəsi, tədris bacarıqları, müasir tədris texnologiyalarından (Microsoft Office proqramları və s.) istifadə bacarığı tələb olunur. Sənaye nümayəndələri üçün 3 illik istehsalat təcrübəsi vacibdir. Eyni zamanda namizədlərdən akademik səviyyədə azərbaycan, rus və ya ingilis dilini bilmələri gözlənilir. Tədrisin həm səhər, həm də axşam qruplarında aparılması imkanına malik olmaq da şərtlərdəndir.
Xaricdə təhsil almış namizədlər nostrifikasiya sənədlərini təqdim etməlidirlər. Maraqlanan şəxslər CV, diplomun surəti (qiymət vərəqəsi) və müraciət etdikləri fənn və ya fənlər üzrə sillabusu hazırlayaraq [hr@mdu.edu.az](mailto:hr@mdu.edu.az) ünvanına göndərə bilərlər. Məktubda iddia edilən fənnin və ya fənlərin adları qeyd olunmalıdır.
Ətraflı məlumat və müraciət forması üçün keçid:
Həvva Cəbrayılova
