Britni Spirs yenidən diqqət mərkəzindədir. Amma bu dəfə böyük qalmaqallar yoxdur. Balenciaga ilə əməkdaşlıqda Britninin həm pop musiqisinə, həm də modaya təsirini vurğulayan eksklüziv kolleksiya yaradılıb.
People.com xəbər verir ki, iyunun 3-də Balenciaga pop ikonu Britni Spirslə əməkdaşlığa əsaslanan "Dəqiqliklər" adlı 2026-cı ilin yaz kolleksiyasını təqdim edib.
Kolleksiya həmçinin Balenciaga-nın yaradıcı direktoru Demna Qvasaliyanın moda evindəki son işidir, çünki o, iyul ayında Gucci-də oxşar rolu icra edəcək.
Britney Spirs-ə həsr olunmuş kapsul kolleksiyasına, məsələn, 1300 avroya böyük ölçülü kapüşon, 990 avroya beysbol papağı, 650 avroya vintaj üslublu köynək və 795 avroya xüsusi bayraq daxildir.
Kolleksiyanı seçilmiş Balenciaga butiklərində və brendin rəsmi saytında əldə etmək olar.
Əməkdaşlıq təkcə moda xətti ilə məhdudlaşmır — kolleksiyanı aprel ayında 25 illik yubileyini qeyd edən “Gimme More” və “Oops!... I Did It Again” hitlərinin yeni remikslərini özündə əks etdirən “Britney4ever” adlı eksklüziv mini-albomu müşayiət olunur. Remiksləri fransız musiqiçisi Demna Qvasaliyanın əri BFRND hazırlayıb.
Mənbə: bublik
Tərcümə etdi: Fatimə Umarbəy
