Bu gün:

Cibdə daşıdığımız, lakin işlətmədiyimiz pullar


24Media.az-ın budəfəki müsahibi ekspert Akif Nəsirlidir. O, xırda pulların istifadəsindən və mağazalarda qəbul edilməməsindən danışıb. 

-Bəzi mağazalar niyə xırda pulları qəbul etmirlər?

İstənilən xırda pul, yəni 1, 3 və 5 qəpik Azərbaycan dövlətinin rəsmi atributudur və bu pullara hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Lakin hazırkı reallıqda bu qəpiklik pullar praktiki olaraq heç bir əhəmiyyət daşımır və dövriyyədə problemə çevrilib.

Əgər bu pullar dövriyyədədirsə, mağazalar onları qəbul etməyə borcludur. Pula onun dəyərinə görə yanaşmaq doğru deyil. Ancaq reallıq göstərir ki, bu qəpiklər yalnız iri supermarketlərdə işlənir, digər yerlərdə isə ya qəbul edilmir, ya da vətəndaşlara qaytarılmır. İnsanlar isə bu metaldan ibarət və heç bir faydası olmayan pulları cibində daşımaq istəmirlər.

 Ona görə də 1, 3 və 5 qəpiklik pullar artıq dövriyyədən çıxarılmalıdır. Onların nə alıcılıq gücü, nə də praktik istifadəsi qalıb. Bəli, bu pullar simvolik və mənəvi anlam daşıya bilər, lakin iqtisadi baxımdan real bir dəyəri yoxdur. Reallıqlara baxdıqda belə qəpiklər sadəcə yükə çevrilib. Dövlət bu məsələyə diqqət yetirməli, bu nominal pulların dövriyyədən çıxarılması barədə düşünməlidir.

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et