Bu gün:

Təzyiq nədir?


Gündəlik həyatda çox vaxt fərqinə varmadığımız təzyiq, təbiətdə baş verən bir çox hadisənin əsasını təşkil edir. Hava, maye və bərk cisimlərin yaratdığı qüvvələri anlamaq üçün təzyiq vacibdir.

Bəs təzyiq tam olaraq nədir? 

Sadə desək, bir səthə perpendikulyar tətbiq olunan qüvvənin miqdarı təzyiq adlanır. Təzyiqi yaradan qüvvəyə isə “sıxış gücü” deyilir. Bu anlayış yalnız fizika dərslərində deyil, gündəlik həyatımızda da çox rast gəlinir.


Məsələn, hündürdaban ayaqqabıda yeriyən insanın yaratdığı təzyiq, eyni səthdə dayanan 6 tonluq filin təzyiqindən daha yüksək ola bilər. Çünki insanın çəkisi kiçik, amma ayaqqabının toxunduğu sahə çox azdır. Təbiətdə də belə hallar var: qütb ayıları buzda sürünərək təzyiqi azaldır, pişiklər isə iti pəncələri ilə təzyiqi artırıb ovlarını tutur.


Təzyiqi başa düşmək çox önəmlidir, çünki o, təyyarə kabinələrindən tutmuş dalğıc avadanlığı və avtomobil şinlərinə qədər bir çox texnologiyada təhlükəsizlik və işləkliyi artırır. Həmçinin, atmosfer təzyiqinin dəyişməsi hava şəraitinə təsir edir və yüksək yerdə bədənimizdəki dəyişiklikləri izah edir. Təzyiq yalnız elmi termin deyil, həm də dünyanı və texnologiyanı daha yaxşı anlamağa kömək edən vacib anlayışdır.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et