Bu gün:

Zamrock dirçəlişi


 1970-ci illərin əvvəllərində Zambiyada özünəməxsus bir musiqi səhnəsi yaranıb. "Zamrock" adlandırılan bu janr Cənubi Afrika ölkəsinin qərb rok musiqisinə verdiyi cavab olub. 

“The Rolling Stones”, “Jimi Hendrix” və “Black Sabbath” kimi qrupların təsiri ilə formalaşan bu üslub zəngin fuzz-gitara psixodeliyası və Afrika ritmləri alətləri ilə qarışıb. 1964-cü ildə Britaniya müstəmləkəçiliyindən azad olan ölkənin iqtisadi yüksəlişi ilə bərabər Zamrock da çiçəklənib. Ancaq 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində Zambiyanın iqtisadi çöküşü ilə birgə bu musiqi də unudulub. Yerli səhnədəki zənginlik, iqtisadi və sosial böhranlar səbəbindən məhv olub və Zamrock regional sərhədləri aşa bilməyib.

Ancaq 50 ildən artıq müddət keçməsinə baxmayaraq, Zamrock yenidən canlanır. O dövrün əsas sənətçiləri Rikki Ilonga və Musi-O-Tunya, The Ngozi Family, The Peace və Amanaz artıq ya həyatda deyil, ya da çıxış etmirlər. Amma bir qrup bu janrı dünyaya tanıdır: Witch. 1971-ci ildə yaradılan bu qrup "We Intend to Cause Havoc" ifadəsinin qısaltmasıdır və Zamrockun ən məşhur qrupu olub. Mick Jagger-dən ilhamlanaraq "Jagari" ləqəbi ilə tanınan Emmanuel Chanda rəhbərliyi ilə Witch 1972-1977-ci illər arasında beş albom buraxıb.

“Witch”-in yenidən kəşfi 2011-ci ildə Now-Again Records tərəfindən "We Intend to Cause Havoc!" albomunun buraxılması ilə başlayıb. Bu, qrupun yenidən dünya səhnəsinə çıxmasına, yeni musiqilər yazmasına və 2019-cu ildə italyan rejissor Gio Arlotta tərəfindən "We Intend to Cause Havoc" adlı sənədli filmin çəkilməsinə səbəb olub.

Witch-in dirçəlişi Zamrocka da marağı artırıb. Jack White Witch-in canlı albomunu öz Third Man Records labelində buraxıb. Beastie Boys-un Mike D-si, Clairo və Madlib heyranlarıdır. Tyler, The Creator, Travis Scott və Yves Tumor kimi reperlər də Zamrock musiqilərindən nümunələr götürərək janrı müasir hip-hopla birləşdiriblər.

Zamrock Şimali Zambiyanın mis mədənləri ətrafında yaranıb. Jagari 8 yaşında Kitwe şəhərinə köçərək orada böyüyüb. O, musiqini ilk dəfə mədənçilər üçün tikilən sosial klublarda görüb. Jagari Mozambikdə bir radio stansiyasından Britaniyanın Top 40-lığını dinləyərdi. O dövrün gəncləri Qərb musiqisinə vurğun olublar.

Witch-in ilk versiyasına seçilən Jagari dostlarının onu səhnədə Mick Jagger-ə bənzətməsindən narahat olub. “Düşünürdüm: Mən afrikalıyam, burnum da düz deyil, necə ola bilər ki, mən Jagger olum?” Amma sonra “Jagari”nin yerli dildə “tünd qəhvəyi şəkər hazırlayan” mənasına gəldiyini öyrənib və adı mənimsəyib.

1964-cü ildə Zambiya müstəqillik əldə edəndə mədəni dirçəliş başlayıb. Prezident Kenneth Kaunda “Zambiya öncə gəlir” siyasəti ilə yerli musiqini təşviq edib. Radiolarda musiqinin 95%-nin zambiyalı ifaçılara aid olmasını əmr edib. Witch məşqlərdə səhərlər xarici mahnılar ifa edir, günortadan sonra öz ideyaları üzərində işləyib. Öz resursları ilə 1972-ci ildə "Introduction" albomunu çıxardıblar, vinilləri Nayrobidə çap ediblər və konsertlərdə satıblar.

Zamrock Afrikada bu qədər fuzz-gitara və ağır psixodelik səslərdən ibarət tək səhnə olun. Nigeriyada funk, Efiopiyada caz populyar olduğu halda, Zambiya ağır roka gedib. Əvvəlcə Zamrock siyasi mesaj daşımayıb. Əksinə, azadlıq və əyləncə ruhunu ifadə edib. Lakin 1975-ci ildə Witch-in "Motherless Child" kimi parçaları sosial mesajlar verməyə başlayıb.

1970-ci illərin ortalarında misin qiymətinin düşməsi Zambiyanın iqtisadiyyatını çökürdüb. Əlavə olaraq, ətraf ölkələrdəki müharibələr Zambiyanı da təsir edib. Prezident Kaunda 6-dan 6-ya qədər komendant saatı tətbiq edib. Ən böyük zərbə isə AİDS epidemiyası olub. 2023-cü ilə qədər 1.4 milyon zambiyalı həyatını itirib. Witch-in bütün orijinal üzvləri də daxil olmaqla, bir çox musiqiçi bu pandemiyada vəfat edib.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et