Bu gün:

Acun Ilıcalı Fənərbaxçadakı vəzifəsindən rəsmi şəkildə ayrıldı


Fənərbaxça İdman Klubunda rəhbərlik səviyyəsində dəyişiklik baş verib. Klubun Asbaşqanı Acun Ilıcalı vəzifəsindən rəsmi olaraq ayrıldığını açıqlayıb. Fənərbaxçanın yayımladığı rəsmi bəyanatda bu sözlər yer alıb:

“2024–25 mövsümü İdarə Heyətimizin üzvü, Asbaşqanımız cənab Acun Ilıcalı idarə heyəti üzvlüyündən ayrılıb. Cənab Acun Ilıcalı vəzifə müddəti ərzində İdarə Heyətimizdə çox dəyərli töhfələr vermiş, hər zaman klubumuzun maraqlarını ön planda tutan yanaşması ilə cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Ona bu günə qədər göstərdiyi fədakar xidmətlərinə görə təşəkkür edir, gələcək həyatında uğur və xoşbəxtliklər arzulayırıq".

Acun Ilıcalı da ayrılıq qərarının ardından şəxsi vida mesajını yayımlayıb. O, açıqlamasında belə deyib:

“Böyük bir qürurla davam etdirdiyim Fənərbaxça İdman Klubunun İdarə Heyəti üzvlüyündən ayrıldığımı sizinlə bölüşmək istəyirəm. Mən Fənərbaxçalı doğulmuşam. Sarı-lacivərd forma uşaqlığımdan bəri həyatımın ən saf və ən coşğulu hissəsi olub. İdarə heyəti çərçivəsində keçirdiyim bu müddət ərzində zaman-zaman çətinliklərlə üzləşsəm də, hər anı mənim üçün böyük bir şərəf idi. Tənqidlər aldım, dəstək gördüm, mübarizə apardım. Amma heç vaxt bir şeyi unutmadım: Burada hər şey Fənərbaxça üçün idi".

Acun Ilıcalı sözlərini bu cümlələrlə tamamlayıb:

Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et