Bu gün:

Fənərbaxçada Jose Mourinho ilə bağlı qərar


Fənərbaxçada son günlərdə mühüm dəyişikliklər baş verib. Klub rəhbərliyində Asbaşqan vəzifəsini icra edən Acun Ilıcalı vəzifəsindən rəsmi olaraq ayrıldığını açıqlayıb. Bu qərarın ardından komandanın baş məşqçisi Jose Mourinho da müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, Fənərbaxça ötən mövsümün əvvəlində Jose Mourinhonu böyük ümidlərlə baş məşqçi vəzifəsinə gətirib. Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi komanda mövsümü Qalatasarayın ardından 2-ci pillədə başa vurub. Bu nəticədən sonra Mourinho ilə davam edib-edilməyəcəyi sual altında idi.

TRT Spor-un yaydığı məlumata görə, Fənərbaxça rəhbərliyi Jose Mourinho ilə yola davam etmək qərarına gəlib. Bu qərarın yaxın günlərdə klub tərəfindən də rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et