Bu gün:

Dollar şahzadələri


Apple TV+-da yayımlanan tarixi dram serialı "The Buccaneers" ikinci mövsümlə geri qayıdır. Serial 1870-ci illərdə Amerikadan İngiltərəyə gələn və yüksək cəmiyyətin qaydalarını pozan bir qrup gənc amerikalı qadının romantik macəralarını təsvir edir. Sürətli, əyləncəli və vizual baxımdan möhtəşəmdir. Yalnız kostyum büdcəsi bir çox digər serialların ümumi büdcəsindən böyük görünür. Bu, təmtəraqlı və rəngarəng qaçışdır, lakin 1938-ci ildə yarımçıq qalan Edith Wharton romanına əsaslanır və real hadisələrdən ilhamlanıb.

Tarixçi Maureen Montgomery belə izah edir: "1870-1914-cü illər arasında 102 amerikalı qadının 50-si Nyu-Yorkdan İngilis zadəganları və ya zadəgan oğulları ilə evlənib, bir çoxları isə sadəcə ali təbəqənin üzvləri ilə ailə qurub. Onlara 'dollar şahzadələri' deyiblər və populyar fikir belə olub ki, bu evliliklər sırf alış-veriş olub. Qadınlar titul və status qazanır, tez-tez maddi çətinlik yaşayan aristokratlar isə köhnələn malikanələrini bərpa etmək üçün vəsait əldə ediblər”.

1870-ci illərdə Böyük Kənd Təsərrüfatı Depressiyası səbəbindən İngiltərə aristokratlarının gəliri azalıb. Kral VII Eduardın ABŞ-nin varlı ailələrinin qızlarına marağı və onların Avropaya artan səfərləri də bu evlilikləri artırıb. Wharton bu ailələr və evliliklər haqqında çox yaxşı məlumatlı olub.

1924-1928-ci illərdə Wharton "The Buccaneers" üçün ilk qeydlərini edib. 1928-ci ilin yayında Kornuolda Tintagelə səfər edib və bu, roman üçün əsas yerlərdən biri olub. Wharton real həyatda bir çox Britaniya zadəganları ilə dost olub və onların arasında amerikalılar da olub. Tarixçilərdən bəziləri Wharton-un Conchita Closson obrazı üçün Consuelo Vanderbilt-i ilham mənbəyi hesab edir. Vanderbilt ailəsi dəmir yolu sərvəti ilə zəngin olub və Consuelo anasının təzyiqi ilə 1895-ci ildə Marlborough hersoqu Charles Spencer-Churchill-ə ərə gedib. Toy günü pərdəsinin arxasında ağladığı deyilib. Onun ailəsi də daxil olmaqla həmin il doqquz amerikalı qadın Britaniya zadəganları ilə evlənib.

Consuelo-nun evliliyi xoşbəxt olmayıb. Əri "Sunny" açıq şəkildə etiraf edib ki, onunla yalnız pulu üçün evlənib. Memoarlarında o, Blenheim Sarayındakı bir xidmətçinin intihar etməsindən yazır və həyatının nə qədər çətin olduğunu təsvir edir. Consuelo-dan əvvəl, onun xaç anası Consuelo Yznaga Montagu Manchester hersoqu ilə evlənərək Britaniya aristokratiyasına daxil olub. Ancaq əri onun sərvətini israf edib və saysız-hesabsız sevgililəri olub. Bu evliliklər ABŞ-də də tənqid olunub.

Daisy Leiter zadəgan titulu üçün deyil, sevgi üçün evlənib və həyatı xoşbəxt keçib. Hətta sonralar helikopter pilotu da olub.

Digər tanınan qadınlardan biri də Cora Strafford qrafinyası olub. O, məşhur "Downton Abbey" serialındakı Cora, Grantham qrafinyasının prototiplərindən biri hesab olunur. Onun ikinci əri dəmir yolu qəzasında vəfat edib və bu hadisə Londonda çox müzakirə olunub.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et