Bu gün:

Qucaqlaşmaq niyə yaxşı hiss etdirir?


Qucaqlaşmaq insan münasibətlərində mühüm rol oynayır. Köhnə bir dostumuzla qarşılaşanda onu qucaqlayırıq, ya da darıxdığımız birini görəndə həsrətimizi çıxarmaq üçün qucaqlaşırıq. Ağlayanda və ya özümüzü daha yaxşı, daha güvəndə hiss etmək üçün də qucaqlaşırıq. Bəs başqa bir insanı qucaqlamaq niyə bizi yaxşı hiss etdirir?


Qucaqlaşmaq bir növ toxunma formasıdır. İnsanların bir-birilərinə toxunmaları sosial əlaqə vasitəsi sayılır. İnsan münasibətlərində səmimiyyət dərəcəsinə görə insanlar bir-birilərinə müxtəlif dərəcələrdə toxunurlar. Bəzən toxunaraq demək istədiklərimizi qarşımızdakına çatdırırıq. Məsələn, kiçik bir uşağa “əhsən” demək üçün başını sığallayırıq, ya da dostumuza “hər şey yaxşı olacaq” demək üçün çiyninə toxunuruq.

Qucaqlama zamanı baş verən kiçik toxunuşlar da müəyyən sinirlərin xəbərdar edilməsinə səbəb olur. Afferent C-tənasül neyronları yalnız tüklü dəri sahələrində yerləşirlər və adi sinirlərdən fərqli olaraq yalnız toxunma, ağrı və təzyiq məlumatlarını ötürmürlər. Bu neyronlar yalnız yüngül və yavaş toxunuşlara cavab verirlər. Onlar birbaşa beyinlə əlaqə yaradaraq endorfinlərin ifrazını stimullaşdıra bilirlər.

Endorfinlər ağrı idarəetmə sisteminin bir hissəsi olub, narkotik təsirli ağrıkəsici effekt yaradırlar. Bu mövzuda aparılan bir araşdırmada qucaqlaşmağın təsirini başa düşmək üçün tədqiqatçılar PET adlı beyin görüntüləmə üsulundan istifadə edərək insanın bədəninə yavaş toxunmanın beyində güclü endorfin reaksiyası yaratdığını göstəriblər. Sarılma da bu toxunma formasına aid olub, insan münasibətlərinin qurulmasına və tənzimlənməsinə kömək edir.

Çünki psixoloji ağrı hiss olunarkən beyində aktivləşən bölgələrlə fiziki ağrı hiss olunarkən aktivləşən bölgələr eynidir. Endorfinlər həm fiziki, həm də psixoloji ağrının yüngülləşməsinə səbəb olur. Buna görə də ağlayan bir insana sarılmaq onu çox rahatlaşdırır. Endorfinlər, eyni zamanda, beynin mükafat mexanizmi ilə bağlı bölgələrini də aktivləşdirir. Bu da insanların qucaqlama davranışını təkrar etmələrinə səbəb olur.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et