Bu gün:

Xınanın faydaları


Xına bir çox tibbi problemlərin, xüsusilə də, ağrıların müalicəsində istifadə olunur. Yanma, elektrik çarpması, sancma, sancaqlar və iynələr kimi nevropatik ağrıları ciddi şəkildə azaldır. Xalq arasında belə ağrılarda dəriyə xına sürtülməsinin mövhumat deyil, elmi əsası olduğu anlaşılırdı.

“Xına bir çox tibbi problemlərin, xüsusilə də ağrıların müalicəsində istifadə olunur” deyən, əfsanəvi Misir kraliçası Kleopatranın xına yağından əldə edilən ətirdən istifadə etdiyi məlumdur. Kleopatra Romalı sevgilisi Antoniusla görüşə gedərkən gəminin göyərtəsinə bu losyonu tökürdü. Xına tez-tez qədim Misir mumiyalarının barmaq və ayaq dırnaqlarında tapılırdı. Xına litrasea ailəsinə aid bir bitkidən əldə edilir. Növləri çox olsa da, tez-tez istifadə edilən yaşıl xına Cənubi Qərbi Asiya, Şimali Afrika, Avstraliya, Qərbi Hindistan xalqları tərəfindən endemik istifadə olunur.

Xınanın tibbi istifadəsi

Onun vərəmin inkişafını dayandırdığı, virus əleyhinə, mikrob əleyhinə, göbələk əleyhinə (göbələklərə qarşı), zülalların qlikasiyasının inhibitoru, yaraları sağaldıcı, qızdırmasalıcı (qızdırma salıcı), ağrıkəsici (ağrı kəsici), iltihab əleyhinə (anti- iltihabi) xassələri. Molyusk, tiripanasoma kimi xəstəlik törədicilərinə qarşı da faydalı olduğu bilinir. Xına həm də xərçəng əleyhinə, parazit və diabet əleyhinə xüsusiyyətlərə malikdir.

Qaraciyəri qoruyur. Bu səbəbdən sarılıqda istifadə edilmişdir. Xına immunitet sisteminə də müsbət təsir göstərir. Bu gün Ayurveda təbabəti və Unani təbabəti (Hindistanda hələ də istifadə edilən qədim yunan təbabətinin bir növü) xına qarqarasını tonzillit, faringit, ishal, dizenteriya, xoralar, bağırsaq qurdları və qızdırmanı müalicə etmək üçün tətbiq edir. Faydalara əlavə olaraq, nəzərə alınmalı olan vəziyyətlər də var.

 Nadir görülən qan xəstəliyi olan favizm (şaxə yeməklə ağır daxili qanaxmanın inkişafı) ölkəmizdə nisbətən daha çox müşahidə oluna bilər. Bu xəstəliyə tutulan, lakin xəstə olduğu bilinməyən uşağın əlinə xına sürtmək az miqdarda olsa belə, daxili qanaxmaya səbəb ola bilər! Nevrologiya Mütəxəssisi Prof. Dr. Okan Bölükbaşı xınanın ağrı kəsici xüsusiyyətinin harada istifadə ediləcəyi ilə bağlı əhəmiyyətli məlumatlar verdi. Xına xalq təbabətində qaşınma, kəpək, saç tökülməsi, sarılıq, göbələk xəstəlikləri, dalaq böyüməsi, xərçəng, amip dizenteriyasında istifadə olunur.

Xına yağı xınadan əldə edilən və müalicəvi məqsədlər üçün istifadə edilən bir maddədir. Xüsusilə oynaqların iltihabı və revmatizmin yaratdığı ağrılarda təsirlidir. Xına yanmış səthlərdə soyuducu təsirə malikdir, buna görə də yüksək tempuraturun müalicəsində və yanıq baxımında istifadə edilə bilər.

Xınanın nöropatik ağrılarda xüsusilə təsirli olduğu 90-cı illərin sonlarına doğru aparılan elmi araşdırmalarla sübut edilmişdir. Normal ağrıkəsicilərə cavab verməyən nöropatik ağrı tipli ağrılara geniş bir xəstəlik qrupu daxildir. Trigeminal nevralgiyadan diabetik neyropatiyaya qədər (şəkərli diabetdə müşahidə olunan ayaq yanıqları bu vəziyyətlə əlaqələndirilir); Xərçəng ağrısından fibromiyaljiyə qədər bir çox ağrılı xəstəlikləri ehtiva edir. prof. Dr. Okan Bölükbaşı, “Sinirin sıxılması uzun müddətdir nevropatik ağrılara səbəb olur

Müşahidə edirdik ki, (ən çox rast gəlinən karpal tunel) və boyun yırtığı olan xəstələr xına vururlar. Bəzi Yaxın Şərq ölkələrində həkimlər əllərə xına çəkməyi karpal tunel sindromunda xəstəliyin əlaməti hesab edirlər (demək istəyirəm ki, xına varlığına baxaraq az qala karpal tunel diaqnozu qoyulur!). Həqiqətən də, xına belə hallarda müşahidə olunan “yanma”, “elektrik şoku”, “sancaq”, “iynələr və sancaqlar” kimi nevropatik ağrıları ciddi şəkildə azaldır. Xalq arasında belə ağrılarda dəriyə xına sürtülməsinin mövhumat deyil, elmi əsası olduğu anlaşılırdı.

Mənbə: CNN

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et