Bu gün:

Beşiktaşın yerli futbolçu axtarışı


Beşiktaş sağ cinah müdafiəsini gücləndirmək məqsədilə transfer axtarışlarını davam etdirir. Klub rəhbərliyi yerli oyunçulara üstünlük vermək istiqamətində qərar qəbul edib və bu çərçivədə Çaykur Rizespor-un formasını geyinən Taha Şahin transfer hədəfləri arasında yer alıb.

HT Spor-un məlumatına görə, Beşiktaş-ın texniki heyəti Taha Şahini müsbət dəyərləndirib və yerli alternativlər sırasında ön plana çıxarıb. Komandadan ayrılmaq istədiyi bildirilən Onur Bulutla bağlı isə İstanbul Başakşehir-in marağı davam edir. Qış transfer dönəmində də oyunçu ilə maraqlanan klubla yanaşı, Anadoludan bir neçə komandanın da Onur üçün təkliflə çıxış etdiyi qeyd olunur.

Beşiktaş rəhbərliyi Onur Bulutla yolların ayrılması halında Taha Şahinin transferi üçün dərhal hərəkətə keçməyi planlaşdırır. Məlumatlara əsasən, Çaykur Rizespor 23 yaşlı sağ cinah müdafiəçisi üçün təxminən 3 milyon avro məbləğində transfer haqqı tələb edir.

Digər tərəfdən, Taha Şahinin Beşiktaş-a keçidə isti yanaşdığı və bu fürsəti dəyərləndirmək istədiyi bildirilir. Cari mövsümdə Super Liqada 35 oyuna çıxan gənc futbolçu 8 məhsuldar ötürmə ilə komandasına əhəmiyyətli töhfə verib. Hücumameyilli oyun tərzi ilə seçilən Taha Şahin Beşiktaş-ın heyət strukturunda oyun üslubunun dəyişməsi üçün uyğun namizəd kimi dəyərləndirilir.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et