Bəllidir ki, gavalını duzsuz yedikdə daha faydalıdır. Çünki belə məlum olub ki, bu meyvəyə duz əlavə edildikdə orqanizmdə ödem əmələ gələ bilər.

Yaşıl gavalı həm dadına, həm də verdiyi faydalara görə tez-tez yeyilən bir meyvə olaraq bilinir. Tam C vitamini anbarı kimi tanınan yaşıl gavalının kalsiumla zəngin olduğu bildirilir.
Vurğulanıb ki, bir çox xəstəliklər üçün yararlı olan yaşıl gavalı duz qatılmadan yeyildikdə daha faydalıdır. O cümlədən gavalını duzla yedikdə orqanizmdə ödem əmələ gətirir.

Yaşıl gavalının faydaları
- Ürək sağlamlığını dəstəkləyir - Çəkiyə nəzarəti təmin edir - Dəmirin udulmasını artırır - Qan şəkərinin balanslaşdırır - Qəbizliyin qarşısını ala bilir.
- Güclü dişlər və sümük quruluşu üçün vacibdir - Qırışların əmələ gəlməsini gecikdirir - Göz sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir - Yaşıl gavalı sayəsində hüceyrələriniz daha tez yenilənir - İmmunitet sistemini qoruyur - Diş sağlamlığı üçün faydalıdır.
Mənbə: CNN Türk
Tərcümə etdi: Xədicə Cabbarlı
