"İncəsənətin inciləri" rubrikası "An Idyll of 1745" əsərini təqdim edir.

John Everett Millaisin "An Idyll of 1745" əsəri sakitliyin içində gizlənmiş bir dramı zərif şəkildə çatdıran unikal bir sənət nümunəsidir. Rəssam bu tablosunda 1745-ci ildə baş vermiş Şotlandiya Jakobit üsyanının fonunda gənclik, günahsızlıq və tarixlə çarpışan talelərin zərif toxunuşunu verir.
Tablonun mərkəzindəki gənc oğlan yəqin üsyana dəstək vermiş bir jakobitdir, şotland geyimində, silahlanmış halda təsvir olunub. Onun qarşısında oturan gənc qız isə məsumiyyətin və duyğusal bağlılığın rəmzidir. İkisi arasında heç bir fiziki toxunuş olmasa da, baxışlar, duruşlar, mövqe və sakitlik onların arasında emosional bir bağın gücünü hiss etdirir. Bütün səhnə sanki bir anın donmuş təsviridir. Son görüş, bəlkə də vidalaşma.
Millaisin fırçası burada təkcə tarixi bir məqamı deyil, insan münasibətlərini, savaşın insanların ruhuna necə toxunduğunu incəliklə göstərir. Arxa planda romantik təbiət səhnəsi, rənglərin yumşaqlığı və personajların durğunluğu əsərə adını pastoral bir ruh verir. Bu, doğrudan da, bir idildir, amma tarixin içində dincəldiyimiz, eyni zamanda, keçmişin acısını hiss etdiyimiz bir idil.
Hazırladı: Talehə Hüseynzadə
