MotoGP Dünya Çempionatının 8-ci mərhələsində Araqon Qran Prisində Ducati Lenovo komandasının ispan pilotu Mark Markes birinci olub.
Motosiklet yarışlarının ən əhəmiyyətli təşkilatında mövsümün 8-ci mərhələsi 5,08 kilometrlik Araqon dairəsində 23 dövrə üzrə keçirilib.
Mark Markes yarışa poul mövqeyindən başlayıb və 41 dəqiqə 11,195 saniyə nəticə ilə finiş xəttini birinci yerdə keçərək mövsümdə 4-cü qələbəsini qazanıb.
BK8 Gresini komandasından ispaniyalı Aleks Markes liderdən 1,107 saniyə geri qalaraq ikinci, Ducati Lenovo-dan olan italiyalı Françesko Bagnaia isə Mark Markesdən 2,029 saniyə geri qalaraq üçüncü olub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
