Bu gün:

Reishi göbələyinin faydaları nələrdir?


Ölümsüzlük göbələyi olaraq da bilinən Reishi göbələyi faydaları saymaqla bitməyən bir bitki növüdür. Adı latınca Ganoderma Lucidum olan bu göbələk növü Asiya qitəsində yayılmışdır. Bir çox xəstəliklərə şəfa olan Reishi göbələyinin müxtəlif rəngləri var. Ancaq bu gün ən çox istifadə edilən qırmızı Reishi göbələyidir. Acı dadı və sərt teksturası var. Ancaq Reishi göbələyinin faydaları ilə yanaşı, nəzarətsiz istifadənin də zərərləri var. Buna görə də, Resihi göbələklərini istifadə edərkən diqqətli olmaq lazımdır. Qırmızı Reishi göbələyi nə üçün yaxşıdır? 

İnsan sağlamlığı üçün bir çox faydaları olan Reishi göbələyi Asiya bölgəsində yetişən bir göbələk növüdür. Yaşıl, bənövşəyi, qırmızı, qara, ağ, sarı kimi bir çox rəngli növləri var. Ancaq ən çox qırmızı Reishi göbələyi istifadə edilir.

Reishi göbələyi nədir?

Reishi göbələyi Latın adı Gandoderma Lucidum olan bir göbələk növüdür. Koreya, Çin və Yaponiyada daha geniş yayılmışdır. Ölümsüzlük göbələyi kimi də tanınan Reishi göbələyi ən faydalı növlərdən biridir. İsti yerlər və rütubətli havalarda yetişir.

Reishi göbələyinin faydaları nələrdir?

•Qan axını sürətləndirməyə kömək edir

•Qan təzyiqini aşağı salan təsirə malikdir

•Yüksək qan təzyiqini balanslaşdırır

•Sakitləşdirici xüsusiyyətlərə malikdir

•İştahı artırır 

•Yuxu problemlərinə yaxşı gəlir

•Yaddaş gücləndiricidir

•Enerjini artırmağa kömək edir

Reishi göbələyi nə üçün faydalıdır?

•Psoriaza yaxşı gəlir və Ekzema xəstələri üçün tövsiyə olunur.

•Böyrək çatışmazlığı xəstəliyinin və ya inkişafının qarşısını almaq üçün istifadə olunur

•Yorğunluqvə zəifliyin qarşısını alır

•Tənəffüs sistemini tənzimləyir

•Soyuqdəymə və öskürəyə yaxşı gəlir

•Antioksidantları ehtiva edir. Bu xüsusiyyəti ilə immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti təmin edir

•İmmunitet sisteminin sıxıldığı ağciyər xərçəngi kimi immun sistem pozğunluqlarına qarşı qoruyaraq xəstəliyin yayılmasının qarşısını alır

•Xərçənglə mübarizə aparır

Mənbə: Milliyet

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et