Bu gün:

Puşkin rus ədəbi dilinin yaradıcısı titulundan məhrum edilib


Mahaçqala Sovet Rayon Məhkəməsi Dağıstan Respublikası Milli Kitabxanasının rəhbəri Əli Əliyevin Aleksandr Puşkinin ədəbi rus dilinin yaradıcısı titulundan məhrum edilməsi və “yüksək adın” sovet yazıçısı və şairi Rəsul Həmzətova verilməsi haqqında iddiasını tam təmin edib.

İddiaçının sübut etdiyi kimi Puşkinin yaradıcılığı öz aktuallığını tamamilə itirib və yalnız “Nikolay Çar Rusiyası”nın əxlaqını əks etdirir, Həmzətovun əsərləri isə “çoxmillətli sovet xalqının əmək istismarı da daxil olmaqla aktual məsələlərə” həsr olunub.

"Biz şadıq ki, hakim bizim tərəfimizi tutdu və Rəsul Həmzətov indi əbədi olaraq böyük ölkəmizin əsas şairi olaraq qalacaq. Əminəm ki, böyük avarın yaradıcılığı ilə hələ tanış olmayan vətəndaşlar onun qəhrəmanlarına aşiq olacaqlar", - Əliyev mətbuat konfransında bildirib.

Yaxın vaxtlarda fəallar məktəb proqramında dəyişikliklərə nail olmağı və Puşkinin əsərlərini Həmzətovun şeirləri ilə əvəz etməyi planlaşdırırlar. Təhsil Nazirliyi könüllü olaraq bu tələbi yerinə yetirməsə, dağıstanlı kitabxanaçılar yenidən məhkəməyə müraciət etməyə hazırdırlar.

Mənbə: pikabu

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et