Bu gün:

Ser David Beckham: Məşhur britaniyalı futbolçu Kral Çarlzdan rütbə alacaq


"İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem cəngavər rütbəsi alacaq" - mənbələr BBC-yə bildiriblər. Onun adı Kral III Çarlzın ad günü münasibətilə fəxri adlara layiq görüləcək şəxslərin rəsmi siyahısına daxil ediləcək.

Bekhem cəngavər rütbəsi aldıqdan sonra onun rəsmi titulu "Sir", həyat yoldaşı, keçmiş Spice Girls müğənnisi isə "Ledi Viktoriya" olacaq. 2003-cü ildə Bekhem idmana xidmətlərinə görə OBE alıb. Mükafatı ona kraliça II Yelizaveta təqdim edib.

50 yaşlı Devid Bekhem britaniyalı futbolçulardan biri və öz nəslinin əsas futbol ulduzudur. O, 1996-2009-cu illərdə İngiltərə millisində çıxış edib: 115 dəfə meydana çıxıb və 17 qol vurub.

O, həmçinin “Mançester Yunayted”, “Preston Nort End”, “Real Madrid”, “Milan”, “Los Anceles Qalaksi” və “Paris Sen-Jermen” klublarında da çıxış edib.

Mənbə: bbc

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et