Bu gün:

Beşiktaş-da Semih Kılıçsoy üçün transfer danışıqları


Beşiktaş klubunda gənc hücumçu Semih Kılıçsoyun transferi ilə bağlı danışıqlar aparılır.

TRT Spor-un yaydığı məlumata əsasən, Niderlandın "Utrecht" klubu futbolçunu icarəyə götürmək üçün Beşiktaş-a rəsmi təklif göndərib. Təklifdə satınalma opsiyasının da yer aldığı bildirilir.

Lakin İstanbul təmsilçisi oyunçunu opsiya ilə göndərmək niyyətində deyil. Klub rəhbərliyi Kılıçsoyun daha çox oyun təcrübəsi qazanaraq yenidən komandaya qayıtmasını istəyir.

Hazırda 18 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm Trendyol Super Liqasında 32 matçda meydana çıxıb və 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et