Trabzonspor-da yay transfer dönəminin əsas mövzularından biri komandanın kapitanı Uğurcan Çakırın ayrılmaq ehtimalıdır. Təcrübəli qapıçı üçün "bordo-mavililər"ə artıq bir neçə təklif təqdim olunub.

Transfer dönəmində Trabzonspor-un kapitanı Uğurcan Çakırın adı həm Fənərbaxça, həm də Qalatasarayla hallanır. Türkiyə Super Liqasının iki nəhəngi ilə yanaşı, Fransanın "Monako" klubu da transfer yarışına qoşulub.
"Sabah" qəzetinin yaydığı məlumata görə, Monako Trabzonspor-a 10 milyon avroluq rəsmi təklif göndərib. Klub rəhbərliyi hazırda bu təklifi qiymətləndirir.
Karyerasını ölkə xaricində davam etdirmək istəyən futbolçu üçün Trabzonspor rəhbərliyi müəyyən güzəştlərə gedə bilər.
Mənbə: NTV spor
Tercümə etdi: Nərgiz Orucova
