Bu gün:

Kolumbiya İsraili vizasız ölkələr siyahısından çıxarıb


Kolumbiya İsrail vətəndaşlarından qarşılıqlılıq prinsipi çərçivəsində qısamüddətli səfərlər üçün viza tələb edəcəyini açıqlayıb.Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək 2024-cü il mayın 3-də İsraillə diplomatik əlaqələri kəsən Kolumbiya İsraili bu siyahıdan çıxararaq vizadan azad edilən ölkələrin siyahısını yeniləyib. Kolumbiya Xarici İşlər Nazirliyi 2022-ci il tarixli 5488 saylı qərarına dəyişiklik edib və qısamüddətli fəaliyyətlər üçün vizadan azad edilən ölkələrin siyahısını dəyişib. Nazirlik İsraili bu siyahıdan çıxardığını açıqlayıb.

Kolumbiya Xarici İşlər Nazirliyi “Vahid İctimai Məsləhət Sistemi” (SUCOP) vasitəsilə qısamüddətli fəaliyyət üçün ölkəyə daxil olmaq istəyən əcnəbilərin yeni siyahısını ictimaiyyətlə bölüşüb. Qeyd edilib ki, yeni tənzimləmə İsrailin Kolumbiya vətəndaşları üçün viza tələbinə cavab olaraq hazırlanıb və miqrasiya siyasətlərində “qarşılıqlılıq prinsipini” həyata keçirmək məqsədi daşıyıb.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et