
Qalatasarayın qapıçı transferi üçün Berke Özərlə razılığa gəldiyi və müqavilənin bayramdan sonra imzalanacağı iddia edilib.
Klubda 14 il davam edən Fernando Muslera dövrünün ardından sarı-qırmızılılar ilk qapıçı transferini reallaşdırmağa hazırlaşır.
Sabah qəzetinin yaydığı məlumata görə, İstanbul təmsilçisi son iki mövsümdür Eyüpsporun qapısını qoruyan Berke Özərlə anlaşma əldə edib. Bildirilib ki, klub milli qapıçı ilə rəsmi müqaviləni yaxın günlərdə, bayram sonrası imzalamağı planlaşdırır.
Bu mövsüm Eyüpsporda 34 oyuna çıxan Berke Özer 11 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
