Bu gün:

Fənərbaxça Dusan Vlahoviç üçün cibləri açıb


Yeni mövsüm üçün heyətini gücləndirmək istəyən “Fənərbaxça” Dusan Vlahoviçin transferini reallaşdırmaq niyyətindədir. Sarı-lacivərdlilər serbiyalı hücumçu üçün ciddi maliyyə planı qurub.

“Yuventus”-dakı son iki mövsümdə forma tutmaqda çətinlik çəkən və meydandan kənar hadisələr səbəbindən əsas heyətə düşməkdə problemlər yaşayan Vlahoviçin bu yay İtaliya nəhəngindən qəti şəkildə ayrılacağı gözlənilir.

Serbiyalı ulduz üçün “Fənərbaxça” hərəkətə keçib. UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq və Superliqada çempionluğa iddialı olmaq istəyən İstanbul klubu heyətini Vlahoviçlə gücləndirmək arzusundadır.

İtalyan jurnalist Alfredo Pedullanın yaydığı məlumata görə, “Fənərbaxça” 24 yaşlı forvard üçün ciddi təklif irəli sürüb. Həmin məlumatda klubun bu transferdə uğur qazanması üçün səbirli olması lazım olduğu vurğulanıb.

“Yuventus”-la müqaviləsinin bitməsinə bir il qalan Dusan Vlahoviç bu mövsüm 41 oyunda iştirak edib, 15 qol və 5 assistlə yadda qalıb.


Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et