Bu gün:

"Falcon Heavy" ilə asteroid mədəni mümkün ola bilər


"Falcon Heavy" asteroid mədənçiliyi üçün imkanlar açır. SpaceX-in hazırladığı dünyanın ən güclü aktiv raketi "Falcon Heavy" son illərdə həm özəl, həm də dövlət marağına səbəb olan asteroid hasilatını real gələcəyə çevirir.

63,8 tonluq aşağı orbit daşıma qabiliyyəti ilə "Falcon Heavy" təkcə peykləri deyil, mədən avadanlıqları və geri dönüş sistemlərini də daşıya bilər. Üç Falcon 9 nüvəsindən ibarət bu nəhəng raket, təkrar istifadə və iqtisadi səmərəliliyi ilə kosmosda kommersiya daşımalarında inqilabi dəyişiklik yaradır.


Alimlər və özəl şirkətlər əsasən Yerə yaxın asteroidləri (NEA) hədəf alır, çünki onlarda platin, nikel, kobalt və su kimi dəyərli ehtiyatlar mövcuddur. Su isə kosmosda həm həyatın davamı, həm də yanacaq istehsalı üçün vacibdir. "Falcon Heavy" kimi raketlər bu resurslara çıxışı həm texniki, həm də iqtisadi baxımdan daha əlçatan edir. 


ABŞ-də yerləşən Planetary Resources və Deep Space İndustries kimi şirkətlər uzun müddətdir ki, asteroidlərin çıxarılması üçün tədqiqatlar aparırlar. İndi "Falcon Heavy" nin təklif etdiyi daşıma qabiliyyəti ilə bu məqsədlər onilliklər deyil, yaxın bir neçə ildə mümkün ola bilər.


Mütəxəssislər asteroid mədənçiliyinin texnoloji, etik və hüquqi çətinliklər yaratdığını qeyd edirlər. Lakin resurs qıtlığı, iqlim dəyişikliyi və artan enerji tələbatı fonunda kosmosdakı ehtiyatlara yönəlmək qaçınılmaz bir addım kimi görülür.


"Falcon Heavy" nin yaratdığı imkanlarla bəşəriyyət ilk dəfə planetlərarası iqtisadiyyat qurmağa real addım ata bilər. Asteroid mədənçiliyi təkcə elmi deyil, həm də iqtisadi və strateji inqilab ola bilər. 


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et