Bu gün:

Robot itlər kargo çatdırılmasına başlayıb


ABŞ-də Veho şirkəti, RIVR ilə birgə robot itlərlə çatdırılma sistemini sınaqdan keçirir. Pilot layihə Texasın Ostin şəhərində həyata keçirilir. 


Avtonom hərəkət edən robot itlər

Veho-nun donanmasında yer alan dörd ayaqlı və təkərli robotlar avtonom hərəkət edərək paketi birbaşa müştərinin qapısına çatdırır. Bu texnologiya fiziki çətinlikləri və vaxt itkisini azaltmağı hədəfləyir.


İkili sistem: insan və robot əməkdaşlığı

Yeni sistemdə sürücü bir çatdırılma ilə məşğul olarkən, robot eyni anda başqa paketi çatdırır. Bu əməkdaşlıq prosesi sürətləndirir, çatdırılma sayını artırır və səmərəliliyi yüksəldir. Veho bildirir ki, bu texnologiya sürücüləri əvəz etmək deyil, onların işini asanlaşdırmaq məqsədi daşıyır.


Süni intellektlə təchiz edilmiş texnologiya

RIVR-in robot itləri süni intellekt və maneə tanıma texnologiyası ilə təchiz olunub. Pilləkən, səki və qapı eşiyi kimi maneələri aşaraq müştərinin ünvanına çatır. Çatdırılma tamamlandıqda, foto sübutla bu, Veho tətbiqində qeyd olunur.


Pilot layihə və gələcək planlar

Pilot mərhələdə RIVR əməkdaşları robotlara uzaqdan nəzarət edir, təhlükəsizliyi təmin edir və sahə məlumatları toplayır. Məqsəd 2025-ci ilə qədər 100 robotlu çatdırılma donanması yaratmaqdır.


Logistika sektorunda yeni dövr

Robot texnologiyalı çatdırılma sistemləri e-ticarət və yük sektorunun gələcəyini dəyişdirir. Bu yeniliklər çatdırılmaları daha sürətli, təhlükəsiz və qənaətli edir. Lakin geniş tətbiq üçün şəhər infrastrukturu, hüquqi qaydalar və istifadəçi vərdişləri də uyğunlaşmalıdır.


Veho və RIVR-in birgə layihəsi logistika texnologiyalarında yeni mərhələ açır. Gələcəkdə bu cür həllər qapıdan-qapıya çatdırılmanı daha ağıllı, səmərəli və ekoloji cəhətdən uyğun edəcək. 


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et