Bu gün:

Mədəsiz yaşamaq mümkündürmü?


Onikibarmaq bağırsağın mədənin funksiyasını yerinə yetirməsi qeyri-mümkün görünə bilər.  Lakin insan orqanizminin qeyri-adi adaptasiya qabiliyyəti tamamilə mədəsi götürülən insanın normal həyata qayıtmasına imkan verir.

Əməliyyatdan sonra bir neçə həftə venadaxili qidalanan xəstələ, sağalma prosesi ərzində heç bir narahatlıq yaranmazsa, qısa müddətdə normal qidalanma rejiminə qayıda bilərlər. Əməliyyatın kəsik yerlərində hər hansı bir sızma ölümcül nəticələrə səbəb ola biləcəyi üçün xəstələr əməliyyatdan sonra bir neçə həftə xəstəxanada qalırlar. İlkin dönəmlərdə xəstənin normal qidalarla qidalanması asan deyil. Başlanğıc problemli bir proses olsa da, xəstə normal qidalanma rejiminə qayıtmaq üçün bu çətin prosesdən keçməlidir.

Keçid dövründən sonra əksər qidalar yenidən qəbul edilə bilər. Ancaq həzm sistemi mədədəki qədər sürətli və təsirli olmadığı üçün daha kiçik hissələrdən ibarət yeməklər yemək tövsiyə olunur. Həmçinin mədəsi tamamilə götürülən insanların əksəriyyəti vitamin həblərinə ehtiyac duyur.

Bu xəstələrin əksəriyyəti əməliyyatdan sonra arıqlayır. Bu səbəblə, əziyyətli olsa belə, orqanizmin ehtiyac duyduğu kaloriləri almaq vacibdir. Bundan əlavə, karbohidratlar, yağlar, vitaminlər və minerallar da sağalma prosesini sürətləndirir.  

Yeməkdən sonra 30-60 dəqiqə ərzində bu xəstələrdə mədə ağrıları, ürəkbulanma və bəzən hətta qusma kimi narahatlıqlar ola bilər.

Təxminən 2 saatdan sonra qanda şəkərin miqdarı qəfil yüksələ bilər. Qan şəkərinin qəfil yüksəlməsi yüksək qan təzyiqi və tərləməyə səbəb ola bilər.

Bu kimi halların aradan qaldırılması üçün yeməyinizin mümkün qədər kiçik hissələrdən ibarət olmasına diqqət edin.

Bir-iki il ərzində orqanizm mədəsiz həyata daha yaxşı uyğunlaşdığı üçün xəstələr müvafiq qidalanma vərdişlərini saxlamaq şərti ilə normal həyatlarına qayıda bilərlər.

Mənbə: Olaganustukanitlar

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et